Nazir iqtisadi fəallığın necə bərpa oluna biləcəyindən danışıb

Mikayıl Cabbarov, “İşçi heyətin maska və əlcəklərdən istifadə etməsində pozuntular, vətəndaşların növbə zamanı sosial məsafəni qorumaması və növbəlilik stikerləri ilə təmin olunmaması, obyektlərin girişində əl dezinfektoru olan spirtdən istifadə edilməməsi və vətəndaşların obyektə maskasız daxil olması. Bunu xüsusi olaraq ona görə vurğulayıram ki, möhtərəm cənab Prezident, biz istənilən iqtisadi fəallığı bütün sanitar-epidemioloji tələblərə ciddi riayət etmək şərti ilə bərpa edə bilərik. Bunlar həm sahibkarların, həm də vətəndaşların üzərinə düşən məsuliyyətdir. Burada dövlət orqanları monitorinq funksiyasını həyata keçirir və keçirməlidir, amma hər bir vətəndaşın davranışından da çox şey asılıdır. Biz tam anlayırıq ki, təhlükə sovuşmayıb. Bütün yaxşılaşmalara rəğmən öz fəaliyyətimizdə və iqtisadi fəaliyyətdə də bu prinsiplərdən çıxış etməliyik” – deyə bildirib.
Mənbə: APA