Ç. İyn 25th, 2025

Nazirlər Kabineti Azərbaycanın sərhədləri açması ilə bağlı açıqlama verib

Macarıstan iyunun 15-dən sonra Azərbaycanla sərhədlərini açır və gediş-gəlişə start verir. Bununla bağlı “Wizzair” aviaşirkəti bilet satışları da elan edib.

Bu isə iyunun 15-dən sonra Azərbaycanın digər ölkələrlə sərhədləri açması anlamına gəlir.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, sərhədlərin bağlı qalması müddəti iyunun 15-dək qüvvədədir:

“Hazırda sərhədlərin açılması müzakirə olunur. Amma iyunun 15-nə kimi bağlı qalacaq. Həmin müddətdən sonra hansı qərar qəbul ediləcəksə, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Mənbə: Qaynarinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com