Ç. İyn 25th, 2025

“Neftçi” bir futbolçu ilə vidalaşıb digərini komandaya qaytardı

“Neftçi” müqavilə müddəti başa çatan yarımmüdafiəçi Dario Frederiko ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

Bu barədə klubun saytı məlumat yayıb. Braziliyalı futbolçuya gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Dario Frederiko “Neftçi”nin heyətində keçirdiyi iki mövsüm ərzində 40 oyunda meydana çıxıb, 5 qol vurub.

“Neftçi”nın futbolçusu Fəhmin Muradbəyli komandaya qayıdıb.

Gənc yarımmüdafiəçinin “Səbail”lə icarə müqaviləsinə xitam verilib.

Qeyd edək ki, növbəti mövsümün hazırlığını komandanın düşərgəsində keçirəcək Muradbəyli 2013-2017-ci illər ərzində “Neftçi”nin heyətində 73 oyuna çıxıb, 6 qol vurub.

Mənbə: qol.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com