“Neftçi” futbol klubunun sabiq vitse-prezidenti vəfat edib

“Neftçi” futbol klubunun sabiq vitse-prezidenti İlqar Quluzadə koronavirusdan vəfat edib. Bu barədə klubun sabiq həkimi, hazırda Azərbaycan Cüdo Federasiyasında çalışan Rəhim Məhərrəmov bildirib:
“Virusun daha bir qurbanı…”Neftci” də bir yerdə calışdığım İlqar Quluzadə rəhmətə getdi. Allah rəhmət eləsin, yaxınlarına səbr versin” – deyə o sosial şəbəkədə yazıb.(Report Az)