Ç. İyn 25th, 2025

“Neftçi”dən daha bir qələbə

Azərbaycan Premyer Liqa təmsilçiləri “Neftçi” və “Qəbələ” bu gün yoxlama görüşündə qüvvələrini sınayıb.
“Mediamax.az” “Qol.az”-a istinadən xəbər verir ki, 8-ci km stadionunda keçirilən matçda Bakı təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. “Neftçi”dən Mamadu Kane və Yusuf Lavas, “Qəbələ”dən isə Nikolas Raysel (penalti) fərqləniblər.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yoxlama görüşlərində “Qarabağ”a (0:1) “Sabah”a (2:5) uduzub, “Sumqayıt”a (3:0) qalib gəlib. “Qəbələ” isə “Zirə” ilə qolsuz bərabərə qalıb, “Səbail” (1:2) və “Sabah”a (0:2) məğlub olub, “Sumqayıt”a (2:1) qalib gəlib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com