Ç. İyn 25th, 2025

Neftin qiymətində ucuzlaşma müşahidə olunub

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 4-də 43,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel azdır.

Qeyd edək ki, bu barədə, ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 42,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 41,21 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel azdır.

Mənbə: Trend

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com