Niderland məktəbləri “Zoom” proqramından imtina edir.

Niderlanddakı məktəblərin əksəriyyətində təhlükəsizlik problemlərindən ötrü son zamanların məşhur videokonferans proqramı olan “Zoom” qadağan edilib.
Təhlükəsizlik tədqiqatçısı Patrick Wardle tətbiqdə xəta tapıb. O, aşkar edib ki, “Zoom” istifadəçilərin xəbəri olmadan kompüterin səs və kamerasını aça bilir. Qarşı tərəfdən isə məsələ ilə bağlı açıqlama gecikməyib. “Zoom”-un nümayəndəsi məktəblərin proqramı təhlükəsiz şəkildə istifadə edə bilməsi üçün təhlükəsizlik xidmətinin hər zaman çalışdığını, həmçinin mövcud xətalarla bağlı proqramda yeniləmələrin olduğunu bildirib.