“Nissan” şirkəti 1,9 milyon avtomobili geri çağırdı

“Nissan” şirkəti ABŞ-da 1,9 milyon avtomobili geri çağırdığını elan edib.
Avtomobillərin kapotunda qeydə alınan qüsurlarla bağlı qərarda, həmin qüsurla əlaqədar avtomobilin kapotunun hərəkət zamanı öz-özünə açıla biləcəyi qeyd edilib.
Geri çağırılma 2013-2018-ci illərdə istehsal olunmuş “Altima” modellərinə şamil edilib. Bundan əvvəl həmin avtomobillərdən bəziləri eyni problemə görə 3 dəfə geri çağırılıb.
Mənbə: Unikal Org