Niyə iki yaşdan kiçik uşaqlara maska taxmaq olmaz? – XƏBƏRDARLIQ

Pandemiya dövründə alınan tədbirlərdən biridə maskadan istifadə etməkdir. Lakin, azyaşlıların maska taxması təhlükəlidir. İki yaşdan kiçik uşaqlar üçün tibbi maska taxmaq təhlükəli ola bilər, çünki boğulma riskinə gətirib çıxarmaq ehtimalı var.
Bu barədə “RİA Novosti” Yaponiyanın Pediatrlar Assosiasiyasına istinadən məlumat yayıb.
Alimlər sözügedən fikri uşaqların tənəffüs yollarının yetkin insanlara nisbətən dar olması ilə əlaqələndiriblər.
Bununla yanaşı, sözügedən proses uşaqların ürəyində yüklənmə yarada bilər.
Bu dövürlərdə mümkün qədər az evdən çıxmaq, uşaqların əllərini tez-tez yumaq və təmizlik qaydalarına riayət etmək lazımdır.
Mənbə : oxu.az