Ç. İyn 25th, 2025

Oğuzda 16 yaşlı yeniyetmə bıçaqlandı

Bu gün axşam saatlarında Oğuz şəhəri ərazisində beş nəfər arasında kütləvi dava olub.Dava iştirakçılarından biri – Oğuz rayon sakini 2004-cü il təvəllüdlü Murad İmran oğlu Qədirli bıçaq xəsarətləri alıb.Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı yeniyetmənin bədəninin müxtəlif nahiyələrində deşilmiş-kəsilmiş bıçaq xəsarətləri aşkar olunub.Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report Az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com