Ölkə başçısı və xanımı Həzi Aslanovun məzarını ziyarət ediblər

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 75 il keçməsi münasibətlə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək, abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.