Ölkə çempionatının müvəqqəti dayandırılmasına qərar verilib

Moldova Futbol Federasiyası koronavirus pandemiyası səbəbindən ölkə çempionatının müvəqqəti dayandırılmasına qərar verib.
Milli Divizionda sentyabrın 11-dək məcburi fasilə elan olunub.Bir neçə klubun müraciətini nəzərə alan federasiyanın Fövqəladə Komitəsi çempionatın IX və X turlarını təxirə salıb.Komitə avrokuboklarda iştirak edəcək “Şerif”, “Sfintul George”, “Petrokub” və “Dinamo-Avto” komandalarına beynəlxalq oyunlaradək karantin rejimində hazırlaşmağı tövsiyə edib.Federasiya idman bazası olmayan avrokubok iştirakçılarının milli komandaların bazasından pulsuz istifadə etməsinə icazə verəcək.Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Makedoniya “Sileks”ini keçəcəyi halda növbəti raundda “Şerif” – “Fola Eş” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.
Mənbə: Report