Ölüm anını onlayn şəkildə göstərməyə çalışan yaşlı vətəndaş

“Facebook” ölümünü onlayn göstərməyə hazırlaşan 57 yaşlı fransız Alen Kokun canlı yayımını bloklayacaq.
Qeyd edək ki, bu barədə BBC-nin verdiyi məlumatda deyilir.
Daha əvvəl evtanaziya olunması üçün prezident Emmanuel Makrona müraciət edən Alen rədd cavabı aldığından aclıq aksiyasına başlayıb.
Qida və sudan imtina edən kişi ölüm anını sosial şəbəkədə canlı yayımlanacağını bildirib. Ancaq şirkət buna icazə verməyib.
“Mən bilirəm ki, növbəti günlər çətin olacaq. Ancaq seçimimi etmişəm, mən rahatam”, – deyə Kok açıqlamasında bildirmişdi.
Mənbə: Qafqazinfo