Ç. İyn 25th, 2025

Ombudsman aparatından Xədicə ilə bağlı açıqlama verilib

Xədicə hazırda ana tərəfindən nənə və babasının himayəsində yaşayır və yaxın qohumları onun rəsmi qəyyumluğa götürülməsi ilə bağlı Qəyyumluq və Himayəçilik orqanına müraciət ediblər.Mediamax.az xəbər verir ki, Xədicənin ata qohumları da onun qəyyumluğa götürülməsi üçün müraciət edib. Hazırda hər iki ailənin Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına müraciəti əsasında aidiyyatı dövlət qurumlarına sorğular verilməklə müvafiq araşdırmalar aparılır. Araşdırma müddətində Xədicənin psixioloji durumu nəzərə alınaraq nənəsi Ağayeva Sevinc Bayram qızının himayəsində yaşaması Qəyyumluq və Himayəçilik orqanı tərəfindən məqsədəuyğun hesab edilib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com