Ç. İyn 25th, 2025

Onlayn müsahibələrdə iştirak edən müəllimlərin sayı açıqlandı

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, onlayn müsahibələrdə iştirak etmək üçün namizədlərin şəxsi səhifələrinə təlimatlar yüklənib:

“Müəllimlər dünən gecə saatlarından başlayaraq onlayn müsahibədə iştirakları barədə təsdiq mesajını göndərə bilirlər. Bu proses mayın 1-nə kimi davam edəcək. Hazırda ölkə üzrə müddətli müqavilə əsasında çalışan 1400 müəllim bu müsahibələrdə iştirak edə bilər”.

E.Bağırov qeyd edib ki, müsahibələrə ilkin mərhələdə Bakı şəhərində başlanılacaq: “Paytaxtda 300-ə yaxın belə müəllim var”.

Mənbə: qaynarinfo.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com