Ca. İyn 26th, 2025

Onunla immunitetinizi gücləndirib ciyərlərinizi təmizləyib elə koronavirusla mübarizədə istifadə edə bilərsiz

Hazırda yazın ən faydalı bitkisi olan əməköməcinin mövsümüdür. Bu faydalı bitki çox yerdə, hətta yol kənarlarında bitir.

Mediamax.az Hipokrat.az-a istinadən xəbər verir ki, nə qədər ki, əməköməci var, onunla immunitet və ciyərlərinizi möhkəmləndirib təmizləyə bilərsiniz.

Əməköməcinin tərkibində çox miqdarda selik olduğundan ağciyər xəstəliklərində bəlğəmgətirici kimi istifadə olunub. Eyni zamanda qastrit, mədə-bağırsaq yaraları zamanı yaranın üzərini bürüyür və sağalmasını sürətləndirir. Bu məqsədlə əməköməcinin dəmləməsi içilir.
Əməköməci bitkisinin tərkibində olan malvin adlı maddə çox güclü mikrob və bakteriya öldürücü xüsusiyyətə malikdir. Məsələn, ağızda əmələ gələn yaralar gec sağalırsa, tez-tez angina baş verirsə, bir dəstə əməköməcini çeynəyib suyunu udmaq, oduncağını isə ağızdan çıxarmaq yaxşı təsir edir.

Əməköməcinin otunda olan bioloji aktiv maddələr dəriyə müsbət təsir edir, sağalmayan yaralarda, çibanlarda bitki əzilir, yaranın üzərinə təpitmə kimi qoyulur, az bir vaxtda yaranı sağaldır.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com