Özəl təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Avqustun 20-də Təhsil naziri Emin Əmrullayev özəl təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə videokonfrans keçirib.
Mediamax.az Təhsil Nazirliyinin rəsmi saytına istinafən xəbər verir ko, görüşdə nazir koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb.
Həmçinin, müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.
Görüş zamanı çıxış edən özəl təhsil müəssisələrinin rəhbərləri yeni tədris ili ilə bağlı fikirlərini bildiriblər.
Eyni zamanda görüşdə təklif olunan modellər haqqında müzakirələr aparılıb.