Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu uğurla başa çatıb
Belə ki Azərbaycan Gənclər Fondunun dəstəyi, Qızılbaş – Gəncləri Maarifləndirmə İctimai Birliyi
və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddə “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində baş tutdu.
Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Özbəkistan Respublikası Ali Məclisinin deputatı Gülbahar Seyidqəniyeva, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru professor Nozlia Nurmuradova, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev, Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndələri Emil Yusifov və Zaur Osmanov, Özbəkistan Respublikası Gənclər İşlər Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhfuzə Artıkova, Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Özbək ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Nurbay Cabbarov, Özbəkistan Respublikası Gənclər İşlər Agentliyinin Ekoloji Diplomatiya Departamentinin sədri Elyar Narpolatov, Qarabağ qazisi, jurnalist Nahid Canbaxışlı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin koordinatoru Famil Məmmədov COP29 və iqlim məsələləri ilə bağlı çıxış etdilər.