Pakistanda təyyarə qəzası baş verib

Lahor – Kəraçi marşrutu üzrə uçan sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığında yaşayış məntəqəsinə düşüb.
“Pakistan Hava Yolları” şirkətinə aid “Airbus A320” təyyarəsində 107 sərnişin və ekipaj üzvü olduğu bildirilir.
Əraziyə çox sayda xilasedici cəlb olunub.
Qəzanın səbəbləri araşdırılır.