Parlamentdə islahatlar davam edir

Milli Məclisdə struktur islahatları davam edir. Milli Məclis Sədrinin müavininin köməkçisi – Hüseyn Ağayev, Aparat rəhbərinin köməkçisi Elxan Əhmədov tutduğu vəzifəsindən azad edilib.
Parlamentdəki struktur islahatları çərçivəsində Milli Məclis Sədrinin birinci müavininin köməkçisi Kəmalə Əzimova da işindən çıxarılıb. Onun yerinə Bəhruz Seyidəhmədli təyin olunub.
Milli Məclis Sədrinin köməkçisi Aydın Cəfərov da vəzifəsindən çıxarılıb.
Hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, A.Cəfərov həm də Milli Məclisin MDB Parlament Assambleyasındakı nümayəndəsi olub.