Ç. İyn 25th, 2025

PAŞA Holding “Biz birlikdə güclüyük” aksiyasına yeddi milyon manat ayırıb

PAŞA Holding Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Biz birlikdə güclüyük” aksiyasına dəstək göstərmək məqsədilə yeddi milyon manat vəsait ayırıb.

“Biz Birlikdə Güclüyük” layihəsi çərçivəsində 200.000-dən çox aztəminatlı və digər həssas kateqoriyadan olan ailəyə ərzaq yardımının göstərilməsi nəzərdə tutulub. Aksiya koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən tədbirlərə dəstək məqsədini daşıyır.

Qeyd edək ki, PAŞA Holding bu dövr ərzində koronavirusla mübarizə üçün laboratoriyanın yaradılması və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə fermerlərə mikrokreditlərin təqdim edilməsi kimi xeyriyyə məqsədli fəaliyyətlər də icra edib.

Mənbə:oxu.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com