Ç. İyn 25th, 2025

Peşə könüllülərin rəhbəri Elməddin Mirzəyevin “Beynəlxaq Könüllülər Günü” ilə bağlı müsahibəsi

  • Elməddin müəllim, necə oldu Peşə könüllülərini yaratmaq qərarına gəldiz?
  • ⁠- Mənə də bu sualı tez-tez verirlər: Niyə peşə könüllüləri? Əslində, bunun çox maraqlı bir hekayəsi var. Tələbəlik illərimdə Regional İnkişaf İctimai Birliyi yaranmışdı. Mən həmin könüllülük proqramının Lənkəran nümayəndəliyinə müraciət etdim, İlkin Muradovun müsahibəsində oldum. Təəssüf ki, müsahibədən uğurla keçə bilmədim. Bu, mənim yaddaşımda travma kimi qalmışdı. Aktiv bir gənc olaraq hələ yolun əvvəlində idim. 5 il sonra 2021-ci ildə Regional İnkişaf İctimai Birliyinin nümayəndələrinin Cəlilabad rayonuna gəldiyini və könüllülər seçdiyini eşitdim. Bu elan məni 5 il öncəyə apardı. Düşündüm ki, müsahibələrdə yenidən iştirak edim. Müsahibədə yenə də İlkin müəllim iştirak edirdi. Həmin gündən sonra könüllülük təcrübəsi yolunda İlkin müəllim mənə çox dəstək oldu. RİİB-lə artıq bir çox təlim və tədbirlərdə iştirak edirdim. Bu proseslər məni könüllülüklə bağlı yeni ideyalar irəli sürməyə hazırlayırdı. Peşə təhsil müəssisəsində çalışdığım zaman bu təhsilin yaratdığı imkanlar barəsində daim maarifləndirici işlər görməyə çalışırdım. Bunun sayəsində peşə təhsilinin gündəmini daim izləyirdim. Düşündüm ki, niyə də peşə təhsilində könüllülük olmasın. İdeyamı layihə halına salmağa başladım. Daha sonra isə Gənclər Fondunun qrant layihələrinə müraciət etdim. Müraciətim qəbul olundu və qrant mükafatına layiq görüldüm. 2023-cü ildə yazdığım bu layihə bu gün də davam edir. İlk dəfə 40 nəfərlə başlayan bu könüllülük yolu artıq 10 dəfədən çox artıb. Hədəfimiz peşə könüllüləri ilə birlikdə peşə təhsilində izlər buraxmaq və ölkəmizdə peşə təhsilinin ən böyük təbliğatçısına çevrilməkdir. Bu istiqamətdə bu yay 2 təlim keçirdik. Daha sonra mərkəzin həyətyanı hissəsində simvolik olaraq 25 ağac əkdik. “COP29”, bullinq, ayrı-seçkilik, şəxsi inkişaf və s. mövzularda təlimlər həyata keçirdik. “Bir peşənin sirri” və “Səyyar gənclər xidməti” festivallarında könüllülük fəaliyyətləri icra etdik.

Qeyd edək Elməddin Mirzəyev “Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində” “Peşə könüllülərin” yaradıcısıdır.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com