Piyadanı avtomobil vurub

Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Göygöl şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü Knyaz Hacıyev yolu keçmək istəyərkən avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Mənbə: Report