Ç. İyn 25th, 2025

Polislərə bıçaqla müqavimət göstərən şəxs haqqında cinayət işi başladıldı

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejimi qaydalarını pozan şəxs polis əməkdaşlarına bıçaqla müqavimət göstərib.

İyunun 6-da Xətai RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olan Emin Dadaşov zərərsizləşdirərək polis bölməsinə gətirilib.

E.Dadaşovun üzərindən 1 ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb. Faktla bağlı toplanmış materiallar əsasında Xətai RPİ-nin İstintaq şöbəsində E.Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com