Portuqaliyalı ulduz futbolçu Paris yolunda

07.08.2020 tarixində baş tutmuş Yuventus -Olimpik Lyon(2:1) oyunundan sonra mediada hələ də bir çox şayiələr dolaşmaqdadır. Ronaldo Yuventusdan gedir yoxsa qalır?
Kriştianonun dublu ilə Yuventus qalib gəlsə də, ümumi nəticəyə görə komanda Çempionlar Liqası ilə erkən vidalaşmalı olur. Bu isə ulduz futbolçunun xəyallarını alt-üst edib və onun mümkün transferi gündəmdədir.
“Mediamax”ın məlumatına görə ulduz futbolçu ilə maraqlanan klubların sayı artmaqdadır. Onların önündə isə Fransa nəhəngi PSG yer alır. Bazar dəyəri 60 milyon avro olan 35 yaşlı futbolçu üçün parislilər hərəkətə keçiblər.
Xatırladaq ki, ulduz futbolçu 2 il öncə Real Madriddən Yuventusa keçid etmişdi və bu keçid 117 milyon avroya baş tutmuşdu.
Niyə də olmasın?
Yuventusun Çempionlar Liqası lənəti davam edir və Ronaldo bu lənətin bir hissəsi olmaq istəmir. Lakin Qoca Sinyoranın yeni baş məşqçisi Andrea Pirlo Ronaldonu komandada saxlamaqda israrlıdır. Hər şeyi zaman göstərəcək.
Mənbə: Transfermarkt