Prezident koronavirusa yoluxub

Ümumi yoluxma sayının 67 min 366 olan Belarusda prezident Aleksandr Lukaşenkonun testinin nəticələri pozitiv çıxıb.
Lukaşemko xəstəliyi xüsusi simptom göstərmədən qısa bir zamanda dəf edə bildiyini açıqlayıb. Lukaşenko iddia edib ki, ölkədə 97 faiz əhalinin simptom göstərmədən koronavirusa yoluxur. Prezident eyni zamanda virus üçün sərt rejimə keçilməsinə müsbət baxmadığını bildirib.
Lukaşenko: “Ölkədə karantin rejimi edə bilərik, amma nə yeyəcəyik?”

Mənbə: CNN