Prezidentin köməkçisi Şahmar Mövsümov: “Yaxın 2-3 gün ərzində 190 manatın ödənişinə başlanılacaq”

190 manatlıq ödənişlərlə bağlı Nazirlər Kabineti tərəfindən qərar qəbul olunub. 21 iyun tarixindən tətbiq olunan sərt karantində narıncı zonaya aid edilən 8 şəhər və rayonda ödənişlər təmin olunacaq.
Onun sözlərinə görə, bu ödənişlərin qısa müddətdə – 2-3 gün ərzində hissə-hissə ödənilməsinə başlanacaq:
“Ona görə hissə-hissə ödəniləcək ki, bu ödənişlərin bir qismi bank kartları ilə həyata keçirilir və bankomatların qarşısında müəyyən sıxlıq yaranır. Ona görə də bu ödənişlər hissə-hissə, həmin sıxlığa nəzarət edilməklə veriləcək. O ki qaldı sərt karantinə daxil edilən digər 8 rayona, bu barədə də müzakirələr gedir, bununla bağlı qərar qəbul olunacaq”.
➡️ https://t.me/mediamaxaz