Ç. İyn 25th, 2025

Prezidentin köməkçisi Hikmət Hacıyev iri ticarət mərkəzləri və rayonlara gediş-gəlişin açılmasına münasibət bildirib


“İri ticarət mərkəzlərin açılması barədə hələ qərar yoxdur”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, gələcəkdə bu məsələyə baxılması istisna deyil: “Epidemioloji vəziyyəti nəzərə alınaraq, mərhələli şəkildə addımlar atılması vacibdir. İri ticarət mərkəzləri barədə məsələ də müzakirə olunaraq, bu barədə müvafiq qərarlar veriləcək”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, rayonlararası gediş-gəliş məsələsi də Operativ Qərargahda müzakirə olunacaq: “Bakı, Sumqayıt və Abşeronda yoluxma səviyyəsi yüksəkdir. Rayonlara gediş-gəlişin məhdudlaşdırılması da bundan irəli gəlir. Gediş-gəlişin açılması təmasları, yoluxma səviyyəsini artıra bilər. Qəbul ediləcək qərarlar barədə də ictimaiyyətə məlumat veriləcək”. 

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com