PSG-nin çempionluğu rəsmiləşib

Yarışın rəsmi saytında verilən məlumata əsasən PSG-nin Liqa 1-də 2019/20 mövsümünün çempionu olması rəsmiləşib.
27 turdan 68 xal toplayan PSH yarımçıq qalan mövsümün qalibi elan olunub. Bu, PSG-nin liqada ardıcıl 3-cü, ümumilikdə isə 9-cu çempionluğudu. 28 qarşılaşmada 58 xal toplayan Marseille 2-ci, 50 xalı olan Rennes isə üçüncü yeri tutub.
Turnir cədvəlinin son 2 pilləsində qərarlaşan Amien və Toulouse Liqa 2-yə düşüb.
Mənbə: goal.az