Ç. İyn 25th, 2025

PSG-nin ulduz futbolçusu Ronaldo və Messini geridə qoyub

Avropanın TOP-5 futbol ölkələrində ən yüksək dəyərə malik futbolçu 259 milyon euro ilə Paris Saint-Germaindən (PSG) Kilian Mbappe olub.

CİES tərəfindən aparılan “İyun 2020 etibarən ən dəyərli futbolçular” araşdırmasında Avropanın ən böyük 5 liqasının – Almaniya Bundesliqası, Fransa Liqası, İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A Seriası – ən üstün bazar dəyəri olan futbolçular təyin edilib.

Fransız futbolçu Mbappe klubu və milli komandada göstərdiyi performansı ilə birinciliyi əlində saxlaya bilib.

İkinci yerdə Mançester Sitinin futbolçusu Raheem Sterlinq (194 milyon, üçüncü yerdə isə Borussia Dortmund klubunun oyunçusu Jadon Sancho (179 milyon) dayanır.

Lionel Messi 100 milyon euro ilə 21-ci , Kristiano Ronaldo (63 milyon euro) isə 70-ci yerdədir.

Şahanə Əhmədzadə

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com