Ç. İyn 25th, 2025

PSJ – “Bavariya” matçının hakimləri açıqlandı

Almaniyanın “Bavariya” və Fransanın PSJ komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final matçının hakimləri açıqlanıb.

Qarşılaşma İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.

Əsas referi Daniel Orsatoya, yan xətt hakimləri Lorentso Manqanelli və Alessandro Callatini yardımçı olacaq.

4-cü hakim funksiyasını Ovidiu Hateqan yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək PSJ – “Bavariya” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mənbə: Report

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com