Pulsuz VPN-lər 20 milyon şəxsin məlumatlarını sızdırıb

Məlum olub ki, internet səhifələrinin VPN vasitəsilə izlənməsi istifadəçinin anonimliyini qorumur.
VpnMentor şirkətinin tədqiqatçıları pulsuz VPN servislərinin 20 milyon istifadəçisinin sızdırılmış məlumatlarını ortaya çıxarıblar.
UFO VPN, Fast VPN, Flash VPN, Rabbit VPN, Secure VPN və Free VPN adlı VPN servislərinin istifadəçilərinin məlumatları yerləşdirilib.
Həmin məlumatlar arasında istifadəçilərin elektron poçt ünvanları, şifrələnməmiş şəkildə saxlanılmış özəl şifrələri, IP ünvanları, cihazlarının identifikatorları və smartfonlarının modelləri kimi məlumatlar olub.
Mənbə: Androidpolice