Ç. İyn 25th, 2025

Putin Kim Çen Inı niyə mükafatlandırdı?

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen İni İkinci Dünya Müharibəsinin 75-ci il dönümü ilə bağlı mükafatlandırıb.

Bu barədə Rusiyanın Şimali Koreyadakı səfirliyi açıqlama yayıb. Məlumatda bildirilib ki, Kim Çen İn ölkəsində İkinci Dünya Müharibəsində həyatını itirən sovet əsgərlərinin xatirəsini əbədiləşdirmə səylərinə görə medala layiq görülüb.

Şimali Koreya liderinin medalını səfir Aleksandr Matsiqora bu ölkənin Xarici İşlər Nazirliyinə təqdim edib.

Mənbə: Qaynarinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com