Ç. İyn 25th, 2025

Qəzada ölənin yaxınları məhkəmə-tibbi ekspertizasının rəisinə hücum etdi

Dünən gecə saatlarında “VAZ 2106” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Qiyaslı Orxan Yaşar oğlu Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qəza törədib, sürücü hadisə yerində vəfat edib.

Mərhumun meyiti məhkəmə-tibbi müayinə məqsədilə Şirvan şəhər meyitxanasına gətirilib. Ancaq bu gün səhər saatlarında mərhumun yaxınları Sabirabad rayonunun Qaragünə kənd sakinləri Şirvan şəhər meyitxanasına gələrək meyitin yarılmasına qarşı çıxıb, məhkəmə-tibb eksperti Eldar Məmmədovu təhqiramiz ifadələr və küçə söyüşləri ilə təhqir edərək ona zor tətbiq ediblər.

Baş vermiş hadisəyə hüquqi qiymət verilməsi məqsədi ilə cinayət işi başlanılıb.

Mənbə: Parlaq Media

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com