Ç. İyn 25th, 2025

Qaçqınların müvəqqəti məskunlaşdıqları ərazidə yanğın baş verib

Bakıda yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib.

O qeyd edib ki, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb:

“Qaçqınların müvəqqəti məskunlaşdığı yataqxananın köməkçi tikilisində 70 kvm2 sahədə yanğın olub. Əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Yataqxana binası yanğından mühafizə olunub və yanğın söndürülüb”.

Mənbə: Report

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com