Qadın böyük qüvvədir və ya böyük təhlükə?! – Rəşad Abbaszadə

Qadının böyük qüvvə olması haqqında fikirlərim bir neçə gündür beynimdə dolanır, bu haqqda çox fikirləşmişəm hətta ki niyə kişi yox məhz Qadın böyük qüvvədir ?
Gələk mənim bu fikrimə, qadının böyük qüvvə olması Həvvadan bəri özünü göstərir, Adəm Həvvanı o qədər sevir ki onun məsləhətinə yox demir və qadağan olmuş almanı (buğdanı yaxud hər nədirsə onu) yeyir Adəmə də yedizdirir və biz insanlar cənnətdən qovulub dünyada gic-gic şeylər fikirləşib yaşamağa çalışırıq (Əsl cəhənnəmdir elə deyil ?)
Tarixdən də bilindiyi qədər “Ana xaqanlığı” olub və xanımlar daha güclü əhəmiyyət kəsb edib cəmiyyətdə, sadəcə dövr olaraq kişilərin “qolunun gücünə” uduzmasaydılar, daha da qarşısı alınmaz ola bilərdilər.
Cem Yilmazın sözü olmasın: “Tanrı Ademi yaratmış, sonra demiş ki, “ben bunun daha iyisini yapa bilirim ”
Ana xaqanlığı bitəndən cəmiyyətdə xanımlar ən çətin işləri görməyə məcbur edilməyinə baxmayaraq hələ də özlərinə olan düzgün və xoş münasibəti tapa bilmirlər (mənə görə). Quldarlıqdan bu tərəfə son 30-40 ili çıxmaqla dünyanın əksər yerlərində qadınlar istismar edilir (bütün insanlar istismar edilir amma qadınların halı bir başqadır).
Biz bütün dövrləri görməmişik deyə bütün dövrlər haqda danışa bilmərik amma adi Azərbaycanın məişət mühitində qadının vəziyyətini götürsək elədə xoş deyil məncə, sadəcə mənim təxmini sadaladıqlarıma baxaq:
– Evlər təmizləmək, hər gün sil-süpür.
– Yemək bişirib qabları yumaq və əlavə xoş günlərdə daha da çox
– Paltarları yumaq, asmaq, toplamaq, ütüləmək, səliqəylə yığmaq.
– Düzüb qoşulmalı işlərə vaxt itirmək.
– Uşaq doğub sancısını çəkmək, ona baxmaq, hər cür əziyyətini çəkmək.
– Uşaqların tərbiyəsinə istirahətinə və təhsilinə vaxt ayırmaq.
– Varsa qaynana və qaynatanın qaydına qalıb,onlarla yola getmək
(ən çətini budur indi )
– axşamlar ərini məmnun etmək üçün nələrsə fikirləşmək
– ər yanından qaçmasın deyə həmişə yenilikdə və gözəlləşmək həvəsində olmaq.
– Qohumların xeyir şərinə yaramaq və.s və ilaxır.
(amma mənə görə problem onların yenə boş vaxtlarının olması və deyinməsindədir )
Hələ bura Azərbaycandı az-maz dini görüşlər və Allah qorxusu nisbi də olsa qadınlara hörmət etməyə şərait yaradır, istismardan saxlamır amma hörmət edir. Gör bunun digər sivilizasiya və insanlıqdan əsər əlaməti olmayan ölkələrdə qadınların yaşamı və onlara münasibət necədir ?!
Qadının böyük qüvvə olması məhz bundadır, o hər şeyə dözür, o hər acıya alışır, onu sevirsənsə sənə özünə hörməti sənə inamı verir, səni cəsarətləndirir, səndən bir addım öndə düşünür, sən çalışanda sadəcə çalışırsan o həm səndən çox çalışır və paralel düşünə bilir . Yaddaşına da söz ola bilməz arxiv şöbəsi kimi haçan nə olub, kim nə deyib, de üzünə vursun 3 saniyədə.
Bu təkcə Azərbaycanda deyil bütün dünyada belədir məncə, oğlan uşaqları biolojik olaraq doğulur amma 20li yaşlardan sonra “yenidən doğulur” çünkü həmən yaşa qədər sadəcə nəfəs alıblar, düşünməyiblər.
Qızlar isə belə deyil 5 yaşında bir qız uşağının rəftarı və sözləri 10 yaşlı oğlandan öndədir. ( hammınız fikir verə bilərsiniz) Sadəcə cəmiyyət və ailə “dəyərləri” onları o qədər sıxır ki, onlar 20-li yaşlardan sonra dayanırlar, bilirlər ki bu işdə “çörəy yoxdur”
Ətrafımda olan qız dostlarımın çoxuna məsləhət gördüyüm bir şey var “GÜCLÜ QADIN OL” çünki güclü olmasan həmişə səni əzəcəklər, (düzdü çoxu əzilməyi sevir ) amma mən şəxsən həmişə Güclü qadınları sevmişəm, onlara həmişə daxili simpatyam olub, və çoxuna da etiraf etmişəm.
Qüvvənizdə heyratamizlik var xanımlar, amma bunu daimi gücə çevirsəniz bu dünyanın yeni hökümdarları sizsiniz
Adi bir oxumaq məsələsində belə ən çox kitabi xanımlar oxuyur, ən çox kursa gedib dil öyrənən xanımlardı, ən yaxşı ingiliscə danışan xanımlardı, ən çox magistraturaya girənlərdə xanımlardı, ən düzgün işləyən, və ən çox ofis və bank sektorunda da işləyənlər xanımlardı, xatırladım ki bu son 10 ilin təsirlərdir, qabaqdan daha güclü daha sərhədsiz bir axın gəlir, onlar biz kişilərin dizlərin yerə atacaq bir dalğayla gəlirlər, onlar sökə-sökə, dağıda-dağıda, yara yara gəlirlər onlar illlərin yığılıb qalmış bütün istismarların əvəzini çıxmağa gəlirlər, və onlar böyük Qüvvə olmaqla bərabər böyük Təhlükə olaraq da gəlirlər
P.S Kürən sevgimi bilənlər varsa bilir ki niyə şəkildə kürən xanım qoymuşam , kürən xanımlar dünya əhalisinin 1%-ni təşkil edir, və mən bu günə görə dünyada olan xanımların yalnız 1%ni güclü və qüvvətli xanım hesab edirəm.
Şəkildə gözəllik qüvvə kimi ilan isə təhlükə kimi qeyd olunur
Və sizə bu cür nağıl və gopdan sonra onu deyə bilərəm ki əgər siz bədəniniz və gözəlliyinizlə diqqət çəkməyə çalışmasanız necə bir güc və qüvvənin sizin daxilinizdə yatdığını aşkarlaya bilərsiniz.
(Qardaş qardaşa bu yaxşılığı eləməzdi )
Özünüzə güvənin və sadəcə güclü olmaq üçün hər gün nəsə edin, mənə bu təhlükə sadəcə xoş olar
P.S.S Çox uzun yazmışdım və ətraflı yazmışdım sadəcə çoxunuz hazır deyilsiz deyə bir neçə abzas sildim .
Yazı 27 iyun 2016 tarixində yazılıb.