Ca. İyn 26th, 2025

Qadınların İKT biliklərinə yiyələnməsi ilə bağlı layihə keçirilib.

MEDIAMAX xəbər verir ki, “Qadınların İKT biliklərinə yiyələnməsi və iqtisadiyyata rəqəmsal transformasiyası” adlı layihəyə yekun vurulub.

Təlimlər Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasından dəvət olunmuş peşəkar mütəxəssis Müşərrəf Məmmədova tərəfindən keçirilib.

Tədbirlərin əsas məqsədi qadın və qızların İKT-yə cəlb edilməsi, rəqəmsal iqtisadiyyatın gücləndirilməsi və stimullaşdırılması olub. Layihə çərcivəsində gənc qızlar bu sektora daha yaradıcı elementlər, daha əhatəli yanaşma əldə ediblər. İKT və innovasiya sahəsində gənc qızların mentorluq proqramlarına dair virtual təlim zamanı həmçinin məqsəd texnologiya ilə əlaqəli yeni məlumatları onlar üçün daha əhatəli hala gətirmək və bununla da daha çox qızı  texnologiyaya cəlb etmək olub. Gənc qızlara rəqəmsal bacarıqlar və kompüter texnologiyaları, elektron ticarətin təşkili, elektron ticarətin hüquqi tənzimlənməsi, həmçinin şəxsi inkişaf bacarıqları və bu bacarıqlardan istifadə etməklə uğur qazanmaq yolları üzrə təlimlər keçirilib.

Təlimlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və “AzeRobot education” tədris mərkəzinin texniki dəstəyi ilə, “Avropa Tələbələr Forumu-Sumqayıt”, “Antinarkotizm” Beynəlxalq elmi-analitik Mərkəzi və “Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti” İctimai birliklərinin koalisiyası tərəfindən reallaşdırılıb.

Qeyd edək ki, təlimlərdə 300-dən artıq gənc xanım iştirak edib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com