Ç. İyn 25th, 2025

“Qalatasaray” qələbə qazanıb

Türkiyə Super Liqasında II turun mərkəzi görüşü çempion “Başakşehir”lə “Qalatasaray” komandaları arasında keçirilib.

Görüş “sarı-qırmızılar”ın qələbəsi ilə yekunlaşıb – 2:0. Qolları 14-cü dəqiqədə Radamel Falkao, 76-cı dəqiqədə isə Yunes Belhanda vurub. Bununla da “Cim-Bom” 6 matçlıq fasilədən sonra çempionatda qalib gəlməyi bacarıb.

Bu qələbə sayəsində “Qalatasaray” xallarını 6-ya yüksəldib. İkinci matçından da məğlubiyyətlə ayrılan “Başakşehir” isə son pillələrdə qalıb.

Mənbə: Report

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com