“Qalatasaray”ın yetirməsindən yeni müqavilə

“Qaltasaray” futbolçusu Ali Yavuz Kolla müqaviləsini yeniləyərək müqavilənin müddətini uzadıb.
“Mediamax.az” “Qol.az”-a istinadən xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytında məlumat yayıb. 19 yaşlı hücumçunun müqaviləsinin müddətinin 2024-cü ilin yayınadək uzadıldığı bildirilib.
Qeyd edək ki, A.Y.Kol “Qalatasaray”ın yetirməsidir. O, başaçatan mövsümü “Tarsus İdman Yurdu”nda keçirib.