Ca. İyn 26th, 2025

Qalay Allahverdiyev Malayziya kralına təbrik məktubu ünvanlayıb

Azərbaycanın Malayziyadakı səfiri, eyni zamanda Malayziyada akkreditə olunmuş diplomatik korpusun duayeni Qaley Allahverdiyev tərəfindən Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha ad günü münasibətilə təbrik məktubu ünvanlanıb.

Malayziyadakı Diplomatik korpus adından ünvanlanmış məktubda Azərbaycan diplomatı bu əlamətdar gündə Ali Başçıya (Yang di-Pertuan Agong) səmimi təbriklərini çatdırıb, Əlahəzrət Kralın müdrik rəhbərliyi altında Malayziya xalqına əmin-amanlıq və rifah arzulayıb.

Həmçinin, səfir Q.Allahverdiyev Malayziyanın regional və beynəlxalq miqyasda önəmli rol oynamağa davam etdiyini bildirərək, Malayziya xalqının əldə etdiyi nailiyyətlərin diplomatik korpusdakı bütün həmkarları tərəfindən alqışlandığını vurğulayıb.

Mənbə: Apa

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com