Qanunsuz idarə etdiyi maşınla 3 yaşlı uşağı vurub

Göygöl rayonunda yeniyetmə maşınla azyaşlını vurub.
Məlumatına görə, hadisə iyun ayının 14-də rayon ərazisində baş verib.
Yeniyetmə və sürücülük vəsiqəsi olmayan Burucov Ramil Niyaməddin oğlu qanunsuz idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə rayon sakini, 2017-ci il təvəllüdlü Ruzi İmanovu vurub.
Qəza nəticəsində uşaq bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo