Qarabağ kanalında tapılan heyvan leşləri ilə bağlı araşdırma başladı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bərdə rayonunda suvarma üçün nəzərdə tutulan Qarabağ kanalında aşkarlanan 20-yə yaxın ölmüş heyvanın cəmdəyi ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə agentlikdən məlumat verilib.
Məsələ ilə bağlı məlumat daxil olduqdan dərhal sonra AQTA əməkdaşları araşdırmalara başlayıb: “Hazırda müvafiq qurumlarla birgə hadisənin başvermə səbəbləri və digər istiqamətlərdə araşdırmalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək”.
Mənbə: Qaynarinfo