“Qarabağ” Moldova klubu ilə qarşılaşacaq

“Mediamax.az” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Şerif” birinci təsnifat mərhələsində Lüksemburqun “Fola” komandasını 2:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, “Qarabağ” birinci təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” komandasına 4:0 hesabı ilə qalib gəlmişdi.
“Qarabağ” – “Şerif” qarşılaşması avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.