Qarabağ müharibəsi veteranı, polis mayoru Zöhrab Alıyev dünyasını dəyişib

Laçın rayon Polis Şöbəsinin əməkdaşı, Qarabağ müharibəsi veteranı, polis mayoru Zöhrab Alıyev koronavirusa yoluxduğuna görə ötən gün Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin bütün səylərinə baxmayaraq 53 yaşlı Z.Alıyev bu gün xəstəxanada vəfat edib.
Qeyd edək ki, mərhum Qarabağ döyüşlərində göstərdiyi xüsusi igidliyə görə 1993-cü ildə Prezidenti Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdi. Allah rəhmət eləsin
Mənbə: Report Az