Ç. İyn 25th, 2025

Qarabağ növbəti dəfə tarix yazdı!

Bu gün Futbol üzrə Avroliqanın pley-off mərhələsinin oyunları keçirilib.

Günün böyük marağla gözlənilən qarşılaşmasında Qarabağ futbol klubu Polşanın Legiya klubunun qonağı olub.

Təmsilçimizin açıq üstünlüyü ilə keçən qarşılaşma Ozobiç, Zubir və Andradenin vurduğu qollarla Qarabağın 0-3 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununlada təmsilçimiz ardıcıl 7-ci dəfə Avrokubokların qrup mərhələsində iştirakını təsdiq edib.

Həmçinin qeyd edək ki, oyundan sonra komanda heyyətinin əsgər salamı verərək çəkdirdiyi kollektiv şəkil sosial şəbəkələrdə geniş vüsət almışdır.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com