Ç. İyn 25th, 2025

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli olub

Azərbaycan çempionu “Qarabağ”ın avrokubokların 2020/21 mövsümündəki ilk rəqibi müəyyənləşib. apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində “Sileks” (Şimali Makedoniya) ilə üz-üzə gələcək.

Bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada bəlli olub. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcək. I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.

Mənbə: Apa

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com