Ç. İyn 25th, 2025

Qarabağın potensial rəqibi “gizli silah” axtarışında

Vaxtı ilə Şerifin heyyətində Qarabağa qol vuran yarımmüdafiəçini, komanda yenidən öz sıralarına qatır.

Bir müddət öncə “Zirə”dən ayrılan Riçard Qadzeni transfer edən Tiraspol təmsilçisi Almaniya “Paderborn”undan bosniya və herseqovinalı yarımmüdafiəçi Rifet Kapiçi icarəyə götürüb.

Belə ki, 25 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

2018/2019 mövsümündə də “Şerif”in formasını geyinmiş Kapiç 2 il öncə Avropa Liqasının pley-off mərhələsinin Tiraspolda keçirilən ilk oyununda (1:0) “Qarabağ”ın qapısına qol vuraraq komandasına minimal hesablı qələbə qazandırmışdı. Cavab matçında isə Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv rəqibini 3 cavabsız qolla məğlub edərək qrup mərhələsinə vəsiqə qazanmışdı.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Makedoniya təmsilçisi “Sileks”lə qarşılaşacaq.

Bakıdakı oyun avqustun 18-də olacaq və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.

Mənbə: Report

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com