Qardaşı tərəfindən bıçaqlanan qadın dünyasını dəyişdi

Mingəçevirdə bıçaqlanan 34 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.
Nizami küçəsində aldığı çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən 1986-ı il təvəllüdlü,Yevlax rayon sakini Məmmədova Mirvari Yaşar qızının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, qadının 1985-ci il təvəllüdlü qardaşı Məmmədov Malik Yaşar oğlu tərəfindən bıçaqlandığı məlum olub.
Belə ki, cinayətkar polis əməkdaşları tərəfindən saxlanılıb.
Mənbə: Qafqazinfo