Qaxda yol qəzası baş verdi

Qax rayonunda yol qəzası baş verib.
Hadisə bu gün günorta saatlarında şəhərin Aydın Məmmədov və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, “Mercedes” və “QAZ-24” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.