Ç. İyn 25th, 2025

“Qırmızı şeytanlar” Kataloniyaya müraciət edib

İngiltərənin “Mançester Yunayted” klubu İspaniya “Barselona”sının futbolçusu Ansu Fatini transfer etmək istəyir.

“Mediamax.az” “Report”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 18 yaşlı hücumçu üçün qarşı tərəfə 200 milyon ABŞ dolları ödəməyə hazırdır.

İddiaya görə, yaxın günlərdə Qvineya əsilli ispaniyalı forvard üçün Kataloniya təmsilçisinə rəsmi təklif göndəriləcək.

Qeyd edək ki, A.Fati ötən mövsüm İspaniya La Liqasında 24 oyun keçirib və 7 qol vurub.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com